Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-da həbsdə olan Venesuelanın sabiq prezidenti Nicolas Maduro həbsxana kamerasını daha 18 məhbusla bölüşür.
Axar.az xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, məşhur amerikalı reper “Tekaşi 6ix9ine” də sınaq müddətinin şərtlərini pozduqdan sonra bir müddət həmin ümumi kamerada saxlanılıb.
Qeyd edək ki, Maduro və həyat yoldaşı Cilia Flores yanvarın əvvəlində ABŞ qüvvələri tərəfindən Karakasda saxlanılıb və daha sonra Nyu-Yorka aparılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.