AZ

"Azərbaycan Ermənistandakı hər bir ssenariyə hazır olmalıdır" -Əli Orucov

"Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına artıq rəsmi start verilib. Parlamentdəki yerlər uğrunda 17 siyasi partiya və 2 seçki bloku mübarizə aparır. Ermənistanın Baş naziri Nikol Paşinyan üçün bu seçkilər olduqca çətin və ağır keçəcək. Çünki Rusiyanın açıq müdaxiləsi var. Moskvanın dəstəklədiyi rusiyalı milyarder Samvel Karapetyan və qatil eks-prezident Robert Köçəryan şişirdilərək hazırkı baş nazirə əsas rəqib yaradılıblar. Parlament seçkiləri Qərb və Rusiya arasında açıq mübarizə müstəvisinə daşınıb".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov bildirdi.

Onun sözlərinə görə, diqqət çəkən məqam ondadır ki, parlament seçkiləri Ermənistanın gələcək müqəddəratını təyin etməklə yanaşı regionda da təsirsiz ötüşməyəcək:

"Paşinyan seçicilərə sülh, əmin-amanlıq, regional və Qərbə inteqrasiya, “Real Ermənistan” iqtisadi transformasiya konsepsiyası vəd edir. Bu, Ermənistanın xilası deməkdir. Onun alternativləri isə revanşist ritorikadan, Kremldən asılılıq prizmasından çıxış edirlər. Həmin xətt isə yeni gərginlik və qarşıdurmalara aparan istiqamətdir. Az da olsa, erməni cəmiyyətində tərəfdarları var. Lakin təhlükəli odur ki, Rusiya seçkilərə hibrid, yaxud birbaşa müdaxilə edərək seçkilərin normal kulminasiyasını poza və daxildə toqquşmalar yarada bilər. Əlbəttə, belə hallar Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasını da ləngidər. Paşinyanın rəhbərlik etdiyi və baş nazirliyə namizəd olduğu “Vətəndaş Müqaviləsi” Partiyası üstün mövqedədir və favorit sayılır. Bununla belə, xarici təsirləri də nəzərdən qaçırmamalıyıq".

Həmsöhbətimiz vurğuladı ki, Azərbaycan Ermənistandakı hər bir ssenariyə hazır olmalıdır:

"Şübhə etmirəm ki, artıq hazırlıqlarını da görüb. Revanşistlərin nəinki hakimiyyətə gəlmələri, hətta parlamentdə təmsilçiliyi də arzuolunan deyil. Erməni ali qanunverici orqanında revanşistlərin Rusiya alətlərinin çox kreslo qazanması Paşinyanın gələcək planlarını ləngidə bilər. Məncə, Kreml daha çox bu variant üzərində fokuslanıb".

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr