AZ

Fon der Lyayen: Ukraynaya 6 milyard avroluq dron yardımı paketinin formalaşdırılmasını başa çatdırırıq

Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyi davam etdirir və 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırır.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkə hesabında yazıb.

"Biz 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırırıq və getdikcə daha sərt sanksiyalar vasitəsilə Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi qoruyub saxlayırıq", – o qeyd edib.

Seçilən
24
4
far.az

5Mənbələr