AZ

DSMF nin əməkdaşları “Süni zəkaya hazırlıq” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

"Rəqəmsal Konvergensiya Təşəbbüsü” çərçivəsində SocialProtection.org platformasının təşkilatçılığı ilə “Süni zəkaya hazırlıq: Sosial müdafiə sistemində süni zəkadan istifadəyə hazırsınızmı?” mövzusunda beynəlxalq vebinar keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda məlumat hazırlığı və məlumat bazasının əsasları, hüquqi və normativ çərçivələr, idarəetmə və institusional potensial, süni zəkanın tətbiqinə zəif hazırlığın mümkün riskləri və erkən xəbərdarlıq əlamətləri müzakirə olunub.

Həmçinin qurumların məsuliyyətli və effektiv süni zəka tətbiqinə hazırlığının qiymətləndirilməsi üçün praktik alətlər haqqında danışılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
2
azertag.az

3Mənbələr