Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyəli tanınmış stilist Cemil İpekçi bu dəfə podiumdakı kolleksiyaları ilə deyil, açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o Bodrumda qatıldığı bir tədbirdə ilk dəfə vəsiyyətindən danışıb.
İpekçi dəfn mərasimi ilə bağlı ənənəvi qaydalardan fərqli istəyini açıq şəkildə dilə gətirib.
"Məni gül yağları ilə yusunlar, əynimə "maşlah" keçirsinlər" -deyən stilist yas mərasimi keçirilməsini də istəmədiyini bildirib.
Bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə və media gündəmində geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, "maşlah" Osmanlı dövründən günümüzə qədər gəlib çatan ənənəvi üst geyimidir.
Uzun və geniş ölçülü olan bu geyim növü cübbə və ya plaşı xatırladır. Keçmişdə əsasən din xadimləri, tayfa böyükləri və cəmiyyətdə nüfuz sahibi olan şəxslər tərəfindən istifadə olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.