Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
Macarıstanda Ukraynadakı münaqişə səbəbindən tətbiq edilən fövqəladə vəziyyət ləğv olunub
Macarıstan Ukraynadakı münaqişə səbəbindən 2022-ci ilin yazında elan edilmiş fövqəladə vəziyyət rejimini ləğv edib. AYNA.AZ xəbər verir ki, bu barədə ölkənin Baş nazir Peter Madyar “Facebook”da yazıb.
"Bu gün, dörd ildən sonra Orbanın tətbiq etdiyi hərbi fövqəladə vəziyyət başa çatır", - deyə o yazıb.
Qeyd edək ki, Macarıstanda 24 may 2022-ci ildə fövqəladə vəziyyət elan edilib və sonradan bir neçə dəfə uzadılıb. Bu tədbir müxalifət partiyalarının tənqidinə səbəb olub. Çünki bu, Baş nazir Viktor Orbanın hökumətinə parlamentin təsdiqi olmadan bir sıra əsas qərarlar qəbul etməyə imkan verirdi.
Daha əvvəl Madyar bildirib ki, Rusiya Silahlı Qüvvələrinin qərbi Ukraynaya hücumundan sonra Macarıstan Xarici İşlər Nazirliyi Rusiya səfirini Budapeştə çağırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.