AZ

Xəsarət alan yoxdursa qəza hadisəsi yerini TƏRK ETMƏK OLARMI?

İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə4 cərimə balı nəzərdə tutulur.

Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs barəsində həmin cərimə və cərimə balı tətbiq edilmir.

Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etdikdə onun barəsində nə 100 manat məbləğində cərimə, nə də 4 cərimə balı tətbiq edilir.

Nəsimi Ələsgərli

Seçilən
64
day.az

1Mənbələr