AZ

Gürcüstan və İtaliya parlamentariləri regional təhlükəsizlik və ”Orta Dəhliz”lə bağlı fikir mübadiləsi aparıblar

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 14 may, AZƏRTAC

Regional təhlükəsizlik və davam edən münaqişələr qlobal layihələrin həyata keçirilməsinə, həmçinin ölkələrarası əlaqələrin və regionların inkişafına ciddi təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Romada səfərdə olan Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin İtaliya Senatının Xarici əlaqələr və müdafiə komissiyasının sədri Mauritsio Qaspari ilə görüşündə səslənib.

Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, tərəflər Gürcüstan və İtaliya arasında mövcud ikitərəfli münasibətləri və əməkdaşlığın prioritet sahələrini müzakirə ediblər. Parlament səviyyəsində əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

Görüş zamanı regional təhlükəsizlik çağırışlarına və davam edən münaqişələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə və İran ətrafındakı vəziyyətə də toxunulub.

Eləcə də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də "Orta dəhliz"in potensialı da müzakirə olunub.

Tərəflər, həmçinin Gürcüstanın Aİ-yə qəbul gündəliyini, o cümlədən Tbilisi ilə Brüssel arasındakı problemli məsələləri müzakirə etdilər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
azertag.az

1Mənbələr