AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 10 min manat məbləğində cərimələyib.
Fanat.Az xəbər verir ki, qərar qurumun son iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə Məmmədov 4 oyunluq cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.
Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2 000 manat ziyana salıb.
Mayın 10-da baş tutan "Neftçi" – "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.