Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Moldovanın bu hissəsini yenidən inteqrasiya etmək şansımız indi əvvəlkindən daha yüksəkdir”
“Moldovanın Dnestryanı üzərində nəzarəti bərpa etmək şansı indi əvvəlkindən daha yüksəkdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Moldovanın Baş naziri Aleksandru Muntyanun "Exclusiv” TV-də çıxışı zamanı deyib.
“Çox ümid edirəm və inanıram ki, Moldovanın bu hissəsini yenidən inteqrasiya etmək şansımız indi əvvəlkindən daha yüksəkdir”, - deyə o bildirib.
Siyasətçinin sözlərinə görə, Kişinyovun konvergensiya fondunun yaradılması da daxil olmaqla, reinteqrasiya planı var. Qeyd edib ki, hərbi məsələnin həlli əsas məsələdir.
Muntyanu həmçinin Dnestryanı məsələsinin yaxın illərdə həll olunacağına ümid etdiyini bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.