AZ

Peter Madyar Macarıstanda son dörd ildə tətbiq olunan rejimi ləğv etdi

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dörd il öncə Macarıstanın sabiq baş naziri Viktor Orban tərəfindən tətbiq olunan xüsusi rejim ölkədə ləğv edilib.

Moderator.az xəbər verir ki, qəbul edilən yeni qərar barədə dövlətin hazırkı rəhbəri, Macarıstanın Baş naziri Peter Madyar özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu gün, düz dörd il keçdikdən sonra Macarıstanda müharibə şəraiti ilə əlaqədar tətbiq olunan xüsusi rejim yekunlaşır və bununla da altı il öncə Orban rəhbərliyinin qərarı ilə elan olunmuş fövqəladə vəziyyətə son qoyulur", - deyə Madyar paylaşımında bildirib.

Hökumət rəhbəri onu da vurğulayıb ki, artıq Macarıstan vətəndaşları öz adi gündəlik həyatlarına dönə biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
moderator.az

3Mənbələr