AZ

"Taksi sürücülərinin hamısı qazandıqlarını alıb cərimələrə verir" - Ekspertdən ETİRAZ

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində parklanma və hərəkət qaydalarının tətbiqi ilə bağlı vətəndaşlar arasında narazılıq artır. İki tərəfli yolda sağ zolaqların parkinq üçün ayrılması fonunda qısa müddətli dayanma, sərnişin düşürmə və hərəkət zamanı yaranan vəziyyətlər AYNA-nın cəriməsi ilə nəticələnir. Nəticədə sürücülər mövcud qaydaların praktikada necə tətbiq olunmasından və kameraların obyektivliyindən şikayət edirlər. Bununla yanaşı quraşdırılan kameraların da bəzi hallarda düzgün cərimə yazmadığını bildirirlər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sürücülük üzrə mütəxəssis Xəyalə Mustafayeva bildirdi ki, kameraların düzgün cərimə yazmadığını o da çox eşidib:

"Bu məsələni vətəndaşlar şikayət edəndə, əgər dəqiq şəkildə üzərinə düşürlərsə, o cəriməni sildirir. Amma indi hər kəs də bilmir, haqqını tələb edə bilmir axı. Mən bilirəm ki, burada düzgün etmişəm ya yox, amma başqa biri bilmir. Elə bilir ki, haqlı yerə cərimə yazılıb. Amma qaldı ki, haqlı yerə cərimə yazılanda istər mən, istər siz nəsə deyə bilmərik. Əslində, qanunlarda da boşluq yoxdur, yəni normal olaraq ikinci cərgədə avtomobil saxlamaq olmaz. Bu, qanunda yazılan konkret bir maddədir. Bizdə sadəcə yol şəraitinin quruluşu bərbad vəziyyətdədir. Cərimə yazanları günahlandırmaq lazım deyil. İstər avtobus zolaqları olsun, istər parkinq yerləri olsun, fərqi yoxdur. Taksi duracaqları ayrılır, amma taksi sürücüsü özü belə gətirib orada sərnişini düşürdə bilmir, mindirə bilmir. Onlara da cərimə yazırlar. Taksi sürücülərinin hamısı qazandıqlarını alıb cərimələrə verir. Lazımi yerdə cəriməni yazmırlar, lazımsız yerdə yazırlar. Belə hallar da çoxdur. Yəni bu, əsasən yol şəraiti ilə bağlıdır, o cərimə yazanları qınamaq lazım deyil. Onlar qayda-qanunla, yəni qaydada yazılanlara əməl edirlər".

NURİYYƏ

Seçilən
29
1
redaktor.az

2Mənbələr