AZ

ABB Invest-in ABB səhmləri bahalaşıb

ABB Invest-in ABB səhmləri 2024-cü ilin sonunda 25-26 qəpik səviyyəsində ticarət olunduğu halda, 2025-ci ilin sonuna doğru qiymət 30-31 qəpiyə yüksəlib. Bu barəfə ABB İnvest rəhbəri Nadir Babazadə bildirib.

Babazadə qeyd edib ki, səhmlərin hazırda 28 qəpik ətrafında ticarət olunması dividend ödənişinin qiymətə təsiri ilə bağlıdır.

“Səhmdarların Ümumi Yığıncağından sonra dividend effekti qiymətdə öz əksini tapdı. Amma ümumi tendensiya eniş yox, yüksəlişdir,” o deyib.

Nadir Babazadənin sözlərinə görə, Bakı Fond Birjasında dövlət qiymətli kağızları üzrə dövriyyənin azalması əsasən yeni istiqraz emissiyalarının məhdud olması ilə əlaqədardır.

“Bazarda vəsait var, investisiya etmək istəyənlər var, amma korporativ istiqrazların sayı kifayət qədər deyil,” ABB Invest nümayəndəsi bildirib.

O əlavə edib ki, repo əməliyyatları üzrə dövriyyənin artması bazarda sərbəst likvidliyin çox olduğunu göstərir.

N.Təbrizli

Seçilən
1
anews.az

1Mənbələr