AZ

“Əgər danışıqlar nəticə verməsə, yeni hərbi eskalasiya qaçılmaz olacaq” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Həm Donald Trampın, həm də İran tərəfinin açıqlamaları ürəkaçan deyil. Tramp bildirib ki, İranın mövqeyi heç bir halda qəbul edilə bilməz. İran tərəfi də geri addım atmağa hazır görünmür. Bütün bunlar növbəti mərhələdə hərbi gərginliyin yenidən arta biləcəyini göstərir”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib:

“Ancaq məsələnin dərinliyinə baxdıqda görünür ki, nə ABŞ, nə də İran genişmiqyaslı müharibə fazasına keçməkdə maraqlıdır. Çünki bunun çox ağır nəticələrə səbəb ola biləcəyi ilə bağlı hər iki tərəfdə anlayış var. Sadəcə olaraq geri çəkilmək də istənilmir.

Hazırda müharibə aktiv deyil, daha çox passiv fazadadır. ABŞ üçün bu vəziyyətdə böyük itki görünmür. Düzdür, Hörmüz boğazı ilə bağlı yaranan gərginlik dünya iqtisadiyyatında ciddi narahatlıq yaradıb. Bunun iqtisadi böhran riskini artırdığı barədə fikirlər var”.

Deputat hesab edir ki, əgər danışıqlar nəticə verməsə, mən hesab edirəm ki, yeni hərbi eskalasiya qaçılmaz olacaq:

“Müharibədən əvvəl ABŞ bölgəyə aviyadaşıyıcılar və ağır hərbi texnika göndərirdi. Bəziləri bunu sadəcə güc nümayişi hesab edirdi. Amma son nəticədə məlum oldu ki, bu, əslində müharibəyə hazırlıq imiş. Mövcud silah və texnikanın istifadəyə hazır vəziyyətə gətirilməsi də bunu göstərirdi.

Hazırda vəziyyət tam hərbi fazada olmasa da, ABŞ bölgədə hərbi iştirakını artırır. Məlumatlara görə, əvvəllər ABŞ-nin bölgədəki bazalarında təxminən 40 min canlı qüvvə var idi. Hazırda isə bu rəqəm 50 mini keçməkdədir. Bundan başqa, ABŞ-nin elit hərbi qüvvələrinin də bölgəyə cəmləşdirildiyi bildirilir.

Buna görə də ABŞ-nin gələcəkdə müharibə fazasında daha fəal iştirak etməsi ehtimalı yüksək qiymətləndirilir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr