AZ

Nadir Babazadə: fiziki şəxslərin xarici qiymətli kağızlara investisiyası 10%-ə yaxın artıb

ABB Invest fiziki şəxslərin xarici qiymətli kağızlara investisiyalarında ötən illə müqayisədə 10%-ə yaxın artım müşahidə edir.

Bunu ABB Invest-in nümayəndəsi Nadir Babazadə bildirib.

Onun sözlərinə görə, şirkətin xarici bazarlarda ticarət olunan səhmlərə çıxışı təmin etməsində əsas məqsədlərdən biri müştərilərdə investisiya davranışını formalaşdırmaqdır.

“Biz hər kəsi ən azı bir səhm almağa dəvət edirik. Kapital bazarını hiss etmək çox önəmlidir. Buradan dividend və kapital qiymət artımı hesabına gəlir əldə etmək olar,” Babazadə deyib.

O bildirib ki, hazırda ABB Invest-in mobil tətbiqi üzərindən həm yerli bazarda aktiv ticarət olunan səhmlər, həm də xarici bazarda ticarət olunan səhmlər müştərilər üçün əlçatandır.

Babazadənin sözlərinə görə, fiziki şəxslərin xarici bazarlarda formalaşmış portfeli təxminən 80 milyon ABŞ dollarına yaxındır.

Hüquqi şəxslərin xarici qiymətli kağızlar üzrə portfeli isə təxminən 300 milyon ABŞ dolları təşkil edir.

N.Təbrizli

Seçilən
2
anews.az

1Mənbələr