AZ

Qarabağ ATƏT-in Minsk qrupunun ümidinə qalsaydı hələ də işğal altında olacaqdı - ŞƏRH

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan birinci dəfə deyil ki, Avropanın müxtəlif institutlarının qərəzli bəyanatı ilə qarşılaşır və bunu diqqətə almayaraq öz müstəqil siyasi xəttini yürüdür. Avropa Parlamentinin (AP) də məlum bəyanatı siyasi manipulyasiya xarakteri daşıyır və obyektiv deyil. Avropa siyasətinin ikili standartlardan ibarət olamsını elə Avropa mətbuatı ifşa edərək tənqid edir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

Onun sözlərinə görə, Avropa mətbuatının ən bariz nümunəsi “EU Reporter” jurnalıdır.

“Jurnalist Stiv Kollonz Avropa yazır ki, dünya ictimaiyyəti artıq Avropa strukturlarının ikili standart yürütdüyünü yaxşı bilir. Dünyada baş verən müxtəlif münaqişələrə birmənalı deyil, müxtəlif mövqelərdən yanaşan bu qurumlara etimad göstərilmir və buna görə də onların qərarları kağız üzərində qalır. AP-nin Azərbaycana qarşı sonuncu bəyanatının qərəzli olmasını sübuta yetirmək lazım deyil, bunu oxuyan hər kəs onun başdan-başa ağ yalan olduğunu başa düşəcək. Misal üçün, ermənilərin hüquqlarına aid maddəni götürək. Qarabağ ermənilərinin “qayıdış hüququ” ilə bağlı müddəaların birtərəfli təqdim olunmasının Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyır. Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin hüquqlarını təmin etmək səlahiyyətinə malikdir və bu kimi məsələlər yalnız Azərbaycanın suverenliyi çərçivəsində həll oluna bilər. Sənəddə Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların qayıdış hüququnun diqqətdən kənarda qalması isə təəəcüb doğrmaya bilməz. Azərbaycanlıların öz doğma evlərindən silah gücünə qovulması yada düşmür, lakin ermənilərin könüllü olaraq Qarabağı tərk etmələri “hüquq pozuntusu” hesab edilir”, - deyə Zaur İbrahimov qeyd edib.

Z. İbrahimov AP-nin qətnaməsində erməni mədəni irsi ilə bağlı iddiaların birtərəfli olduğunu bildirərək işğal dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntılara eyni yanaşmanın sərgilənmədiyini qeyd edib və bunun sənədin hüquqi obyektivlikdən çox siyasi seçicilik əsasında hazırlandığını vurğulayıb: “Habelə Azərbaycan ərazisində terrorçuluq, təxribat, qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi Azərbaycanın suveren hüququdur. Heç bir xarici siyasi qurum Azərbaycanın məhkəmə yurisdiksiyasına siyasi təzyiq göstərə bilməz. AP bilməlidir ki, cinayət məsuliyyəti siyasi bəyanatlarla aradan qaldırıla bilməz. Ağır cinayətlərdə ittiham olunan şəxslərin siyasi qətnamə vasitəsilə məsuliyyətdən yayındırılmasına çağırış etmək hüquqi baxımdan yolverilməz, siyasi baxımdan isə məsuliyyətsiz yanaşmadır. Bütün bu proses onu deməyə əsas verir ki, AP deputatları əslində nə Azərbaycan, nə də Ermənistan üçün yaxşı perspektivlər arzulamırlar. Onların əsas istəkləri region dövlətlərinə təzyiq edib siyasi ambisiyalarını həyat keçirməkdən ibarətdir. Lakin Azərbaycan siyasi təzyiq dövrünü çox geridə qoyub. Avropanın sülh əldə etmək üçün yaratdığı ATƏT-in Minsk Qrupunun ümidinə qalsaydı torpaqlarımız hələ də işğal altında idi”.

Seçilən
1
1
azertag.az

2Mənbələr