AZ

Qəbələ Asif Məmmədova görə 10 min manat cərimələnib

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.

BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXXI turunda mayın 9-da keçirilən "Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu dörd matçlıq cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Həmin qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydançaya kənar əşya atılması isə 2 000 manat ziyana salıb.

Mayın 10-da baş tutan "Neftçi" – "Şamaxı" oyununda dörd futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
16
baku.ws

10Mənbələr