Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi yaşanıb.
“7Times.az”ın məlumatına görə, Agentliyin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb.
Musayev bu barədə öz sosial media hesabında məlumat verib.
“Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara, media nümayəndələrinə və dostlarımıza dərin təşəkkürlərimi bildirirəm”, – deyə o qeyd edib.