AZ

DƏHŞƏTLİ HADİSƏ: Tələbə çılpaq halda ikinci mərtəbədən tullandı – müəllim həbs edildi

Türkiyənin Kastamonu şəhərində baş verən qalmaqallı hadisə ölkə gündəminə çevrilib. Universitet tələbəsi olan gənc qızın ikinci mərtəbədən çılpaq halda tullanaraq ağır yaralanmasından sonra müəllim saxlanılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Aktekke məhəlləsində yerləşən yaşayış binasında baş verib.

İddiaya görə, gənc tələbə binanın ikinci mərtəbəsindən özünü atıb və park edilmiş avtomobilin üzərinə düşərək ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralı tələbəyə ilkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Kastamonu University müəllimi A.D. barəsində istintaq başladılıb. Aparılan ilkin araşdırmalar zamanı hadisənin qəza olmadığı ehtimalı ön plana çıxıb.

Şübhəli şəxs polis tərəfindən saxlanıldıqdan sonra məhkəməyə çıxarılıb və bir sıra ağır ittihamlarla həbs olunub.

 

Məhkəmənin qərarı ilə müəllim barəsində həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndərilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

Seçilən
31
18
musavat.com

10Mənbələr