"Liverpool"un bir müddətdir zədəli olan hücumçusu Məhəmmıd Salah komandaya qayıtmağa hazırdır.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, əzələ zədəsinə görə son iki oyunu buraxan misirli futbolçu İngiltərə Premyer Liqasının 37-ci turunda "Aston Villa" ilə keçiriləcək matçda meydana çıxa biləcək.
Görüş mayın 15-də Birmingemdə yerləşən "Villa Park" stadionunda keçiriləcək.
Qeyd olunub ki, Ibrahima Konaté də oyuna hazırdır. Müdafiəçi son olaraq "Çelsi" ilə keçirilən matçın ikinci hissəsində əvəzlənmişdi.
Komandanın qapıçısı Alisson Bekker və yarımmüdafiəçi Florian Virtzin vəziyyətinin isə növbəti müayinədən sonra bilinəcək. O, sabahkı görüşdə meydana çıxmayacaq.