AZ

COVID-19-la mübarizə aparan həkimlərin maaş əlavələrinin müddəti uzadıldı

Nazirlər Kabineti COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən müddətli əlavələrin verilmə müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, əlavələrin tətbiq müddəti 2026-cı ilin aprel ayından iyul ayınadək uzadılıb.

Seçilən
29
1
teleqraf.com

10Mənbələr