AZ

Erməni döyüşçü kürdləri təhqir etdi VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiyanı təmsil edən erməni UFC döyüşçüsü Arman Tsarukyan kürd xalqını təhqir edib. 

“AzPolitika” xəbər verir ki, Tsarukyanın sözlərinin yer aldığı paylaşım bütün dünyada kürd kökənli izləyicilərin hiddətinə səbəb olub. Nina Drama adlı rəfiqəsilə söhbətində erməni idmançı kürdlərin öz dövlətinin olmadığını qeyd edib və onları “qaraçılar” adlandırıb.

İndi sosial şəbəkələrin kürd əsilli istifadəçiləri kütləvi şəkildə Tsarukyana və ermənilərə qarşı hücuma keçiblər. Bəzi kürd idmançıların onu rinqdə döyüşə çağırdığı bildirilir. Lakin daha ciddi təhdid və çağırışlar da var…

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
azpolitika.info

1Mənbələr