
“Rusiya Prezidenti Vladimir Putin tezliklə Çinəsəfər edəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
"Bu səfər hazırlanır və biz onu tezliklə elan edəcəyik", - deyə siyasətçi vurğulayıb.
Peskovun sözlərinə görə, hazırda Rusiya liderinin səfərinə hazırlıq işlərinə son toxunuşlar edilir.
O əlavə edib ki, səfər çox yaxın gələcəkdə baş tutacaq.
Daşqın HəsənovMissiya.Az