AZ

Çingiz Əhmədov: “Mən “Səssiz səslər, 44 gün” televiziya layihələrində iştirak etməmişəm, vəsaiti alanlar sırasında deyiləm” 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sifarişi ilə çəkilən “Səssiz səslər, 44 gün” film və televiziya layihələrində iştirak etməmişəm.

 
Bunu Pravda.az-a açıqlamasında Əməkdar artist Çingiz Əhmədov bildirib.
 
O deyib ki, adıçəkilən layihələrdə iştirak etmədiyinə görə vəsait də almayacaq: “Yazıda göstərilən məsələnin mənə aidiyyatı yoxdur. Heç bir sənədə imza atmamışam”.
 
***
10:49
 
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Biz, səssiz səslər, 44 gün” film və televiziya layihələri üzrə 15 000 manat sərf edəcək.
 
Pravda.az-ın xəbərinə görə, vəsait Əməkdar artist Çingiz Əhmədova ödəniləcək.
Seçilən
33
yenilik.az

1Mənbələr