AZ

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Çində səfərdə olan nümayəndə heyəti “rəqəmsal lokdaun” şəraitində çalışır.Bizim.Media xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

 

Məlumata görə, ABŞ nümayəndələrinin təhlükəsizlik riskinə görə şəxsi telefon və notbuklarından istifadə etmələrinə məhdudiyyət tətbiq olunub. Hətta telefonların enerjiyə qoyulması belə təhlükəli hesab edilir.

Bildirilir ki, məhdudiyyətlər yalnız hökumət rəsmilərinə deyil, həmçinin “Apple”, “Boeing” və “BlackRock” kimi iri şirkətlərin nümayəndələrinə də şamil olunur.Qeyd edək ki, Tramp dünən Çinə rəsmi səfərə gəlib. ABŞ Prezidenti bu gün Çin lideri Si Cinpinlə təkbətək və geniştərkibli görüşlər keçirib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
bizim.media

2Mənbələr