AZ

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək

Məşhur aktyor Ceki Çanın yeni filmi ilk dəfə Mərkəzi Asiyada çəkiləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Armour of God IV: Ultimatum” adlı filmin çəkilişləri Qazaxıstanda və Azərbaycanda baş tutacaq.

Aktyor sözügedən filmdə məşhur “Asian Hawk” obrazını canlandıracaq.

Qeyd olunub ki, rejissoru Robert Kun, prodüseri isə Salem Entertainmentin olduğu filmin çəkilişlər iyul ayında başlayacaq.

“Armour of God IV: Ultimatum”un 2027-ci ilin ikinci yarısında dünya üzrə nümayişi nəzərdə tutulub.

“Bu, qazax tərəfdaşlarla ilk layihəmdir, amma sonuncu olmayacaq. Mən əvvəllər orada film çəkməmişəm”, - Ceki Çan bildirib.



Seçilən
112
2
redaktor.az

3Mənbələr