AZ

İranda güclü zəlzələ: Əhali təşviş içindədir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

İranda ard-arda baş verən zəlzələlər ölkə sakinləri arasında böyük narahatlığa səbəb olub. Ötən gün qeydə alınan 9 ardıcıl təkandan sonra, bu gün ölkənin Kirman əyalətində 5 bal gücündə növbəti zəlzələ baş verib.Demokrat.az xəbər verir ki, yeraltı təkan ölkənin cənubundakı Berdsir şəhərində, yerli vaxtla saat 11:17-də qeydə alınıb. Zəlzələ nəticəsində dağıntı və ya tələfatın olub-olmaması barədə hələlik rəsmi məlumat yayılmayıb.Qeyd edək ki, ötən gecə paytaxt Tehranın şərqində yerləşən Pardis bölgəsində bir gecədə 9 zəlzələ qeydə alınıb. Onlardan ən güclüsünün 4,6 bal olduğu və Moşa fay xəttinə yaxın ərazidə hiss edildiyi bildirilir.Tanınmış seysmoloq Mehdi Zare qeyd edib ki, bu sarsıntıların enerjinin boşalması, yoxsa daha böyük bir zəlzələnin xəbərçisi olduğu hələlik dəqiq bilinmir. Ekspertlər Tehran ətrafındakı aktiv fay xətlərində toplanan tektonik təzyiqin gələcəkdə daha böyük dağıntılara yol aça biləcəyi barədə ciddi xəbərdarlıq edirlər. Paytaxtdakı sıx əhali və plansız tikililər isə potensial fəlakətin miqyasını daha da artıra bilər.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
demokrat.az

1Mənbələr