AZ

Sabir Rüstəmxanlıdan etiraz Şahidlər ölməyib!

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azər Rəşidoğlu bir yazısında Vəzirovun “sonradan açıqladığı” sözünə əsaslanıb xalqının dərdini dilə gətirmək üçün meydana çıxmış ziyalıları “büt”lük taxtından endirmək həvəsinə düşüb.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq şairi Sabir Rüstəmxalı deyib.

O bildirib ki, sanki Vəzirovun günahı yoxmuş, dünyadan bixəbərmiş, ziyalılar problemləri demək əvəzinə şəxsi qayğılarımı dilə gətirməklə onun məsələni Moskva ilə həll etməsinə mane olublar.

“O görüşlərin biri və ya ikisində mən də iştirak etmişəm. Şübhəsiz, Vəzirov saxtakarlıq edib, o sözü səhvən, bəlkə də qəsdən, meydandakıları gözdən salmaq, öz böyük səhvlərini ört-basdır etmək üçün deyib. Bəlkə də, onunla görüşənlərdə kimsə ondan nə isə istəyib, bunu “biri oğluna vəzifə istəyib, biri maşın, biri də başqa imtiyaz” deyə ümumiləşdirmək olmaz. Hörmətli Azər bəy o görüşlərdə Vəzirova şəxsi qayğılarını deyənlərin adlarını açıqlasa daha yaxşı olardı. Meydandan gələnlər deməsə, Vəzirovun baş verən olaylardan xəbəri yox idimi? Hər dəfə ona meydanın, xalqın ciddi tələbləri çatdırılırdı, hansını “ Moskvanın qarşısında qaldırıb” həll etmişdi? Onun faciəsi elə Moskvaya inanmaqda idi. Buna görə də meydandan, xalqdan qaçanların yalanına inanıb daimi hədəfdə olan ziyalılarımıza söz atmaq düz deyil. Əsl ziyalı büt deyil, millətinin qurbanlığıdır. Onu “Moskvauşaqları”nın bəraət axtarışlarına qurban vermək olmaz”, – deyə Xalq şairi həmçinin qeyd edib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr