AZ

Şair Yusif Həsənbəy vəfat etdi

Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy bu gün vəfat edib.
 
Moderator.az xəbər verir ki. bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
 
Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkirdi. Şair ötən gün "Məlhəm" Hospitalından Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
 
Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub.
 
Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb.
 
1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.
 
 
Seçilən
38
13
moderator.az

10Mənbələr