AZ

Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Federal Yol Agentliyi (Rosavtodor) beton yol çəkilişindən imtina edib. 

Avtosfer.az xəbər verir ki, Rosavtodorun mütəxəssislərinin fikrincə, beton örtüklü yollar federasiyanın əksər ərazisi üçün uyğun deyil. Bildirilir ki, beton örtük aşağı temperatura pis davam gətirir. Termik gərginlik nəticəsində çatlar əmələ gəlir və betonun strukturu pozulur. 

Bundan əlavə, tikanlı şinləri olan avtomobillər beton yolu daha tez dağıdır. Bu maşınların hərəkəti nəticəsində yolda insan səhhəti üçün zərərli toz yaranır. 

Qeyd edək ki, Almaniyada 30-cu illərdən etibarən beton yollar uğurla tətbiq edilir. 1936-cı ildə istismara verilmiş yol bu gün aktiv istismardadır. Sovet İttifaqında da vaxtilə bu tip yol örtüyündən (məsələn, Ağdaş-Qəbələ yolu) geniş istifadə edilib. 1980-ci ildən etibarən texnologiya və qiymət faktoruna görə beton yollardan imtina edilib. Çünki bitum betondan üçqat ucuz idi.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
avtosfer.az

1Mənbələr