AZ

Köçəryanın qərargahına basqın- Spitakda qəfil əməliyyat, həbslər var

Ermənistanın daxili siyasi həyatında növbəti gərginlik dalğası yaşanır.

Musavat.com xəbər verir ki, ölkənin sabiq prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan (Hayastan) alyansının ofislərində genişmiqyaslı axtarışlar başlayıb.

Factor TV telekanalının yaydığı məlumata görə, hüquq-mühafizə orqanları hazırda alyansın Spitak şəhərindəki ofisində xüsusi əməliyyat keçirirlər. İlkin məlumatlara görə, əməliyyat zamanı bəzi şəxslər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Həbs olunanların şəxsiyyəti və ittihamların detalları hələlik ictimaiyyətə açıqlanmır. Ermənistanın Antikorrupsiya Komitəsi baş verən hadisə ilə bağlı hələlik rəsmi şərh verməkdən imtina edib.

Köçəryanın tərəfdarları isə baş verənləri siyasi təqib kimi qiymətləndirir və hakimiyyəti qanunsuzluqda ittiham edirlər.

Spitakdakı ofisin ətrafına əlavə polis qüvvələrinin cəlb olunduğu bildirilir. Hazırda əməliyyatın davam etdiyi və yaxın saatlarda rəsmi qurumların hadisə ilə bağlı geniş açıqlama yayacağı gözlənilir. Ölkədəki siyasi vəziyyətin bu həbslərdən sonra daha da gərginləşəcəyi proqnozlaşdırılır.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr