AZ

Tramp ölümü halında Vensə gizli məktub qoyub - Ağ Ev detalları açıqlayıb

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Prezident Donald Trampın varisi olması ehtimalı ilə bağlı təlimatlar Oval Ofisdə saxlanılır.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin köməkçisinin müavini Sebastian Qorka “Fox News”a müsahibəsində məlumat verib.

"Resolute-un masa çəkməcəsinde Trampa bir şey olarsa, Vensə ona ünvanlanmış bir məktub var. İnanın mənə, bizim protokollarımız var. Müzakirə edə biləcəyim protokollar yoxdur, amma protokollarımız var", - deyə o vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr