525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəvəti ilə Avrasiya İqtisadi Zirvəsində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İstanbul Partiarxı Varfolomeylə görüşüb.
525.az xəbər verir ki, Patriarxın dinlərarası dialoq, qlobal sülhün bərqərar olması istiqamətində səylərini yüksək qiymətləndirən Bütün Qafqazın Şeyxi Azərbaycanda əsrlərboyu hökm sürən tolerant mühitdən də söhbət açıb.
‘’Prezident İlham Əliyev ilə Azərbaycanda həyata keçirilən mədəniyyətlərarası dialoq bu gün ən yüksək mərhələdədir. Ölkəmiz mədəniyyətlər və dinlərarası dialoqun mərkəzi hesab olunur’’.
Azərbaycanda höküm sürən dini tolerantlığı daim təqdir etdiyini söyləyən Patriarx bu ilin noyabr ayında Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatı iqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının bəşəriyyət üçün həlledici platforma olacağını diqqətə çatdırıb.
Daha sonra dini liderlər qarşılıqlı maraqdoğuran məsələləri müzakirə ediblər.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.