Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Transplantasiya əməliyyatı üçün orqanların sağlam, canlı və funksional vəziyyətdə olması əsas şərtdir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirib ki, beyin ölümü zamanı insanın beyin fəaliyyəti tam şəkildə dayanır və bu vəziyyət rəsmi olaraq bioloji ölüm halı kimi qəbul olunur.
Lakin bu zaman süni nəfəs aparatları və digər tibbi vasitələrlə ürək döyüntüləri və qan dövranı bir müddət davam etdirilə bildiyindən, orqanlar oksigenləşmiş qanla təmin olunmaqda davam edir.
Bu da onların müəyyən müddət ərzində funksional vəziyyətdə qalmasına və transplantasiya üçün yararlı olmasına imkan verir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.