AZ

Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."

İntizam qaydalarına riayət etmədiklərinə görə baş məşqçi Qurban Qurbanovun qərarıyla əvəzedici heyətə göndərilən Abbas Hüseynovla Elvin Cəfərquliyev haqda yeni iddia ortaya atılıb. Belə ki, mütəxəssis futbolçuların "Qarabağ"ın Suraxanıda yerləşən bazasında fərdi məşq etməsinə qadağa qoyub.

İş ondadı ki, qarşıdan millinin təlim-məşq toplanışı gəlir və Cəfərquliyev komandanın ən vacib üzvlərindəndi. Odu ki, həm yuxarıda qeyd olunanlar, həm də Elvinin fiziki, psixoloji durumu haqda bilgi almaq məqsədilə meneceri Tural Əsgərli ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

"Düzü, məndə bu barədə məlumat yoxdu. Elvin əvəzedici komandada məşqlərə davam edir. Kollektiv nə vaxtsa Suraxanıda məşq etsə, inanmıram ki, Elvinə "sən gəlmə, sənə olmaz" deyilsin. Lakin fərdi məşqlərlə bağlı məsələlələrdən xəbərim yoxdu. Ümumiyyətlə, futbolda belə xoşagəlməz hadisələr yaşana bilər. Ümid edirik ki, başverənlər Elvinin fiziki, psixoloji durumuna mənfi təsir göstərməyəcək".

KƏNAN BAHADIR
Seçilən
25
1
football-plus.az

2Mənbələr