AZ

Trampın Çindəki mətbuat brifinqi mühafizəçisinə görə təxirə salınıb

ABŞ Prezidenti Donald Trampın Pekindəki mətbuat brifinqi Amerika Məxfi Xidmət agentinin üzərində silah olması ilə bağlı mübahisəyə görə təxirə salınıb.

Missiya.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, Çin təhlükəsizlik rəsmiləri jurnalistləri Cənnət Məbədinin ərazisinə silahla müşayiət edən Gizli Xidmət agentinə icazə verməkdən imtina etdikdən sonra Trampın mətbuat konfransı təxminən 30 dəqiqə təxirə salınıb.

Məlumata görə, Amerika və Çin rəsmiləri arasında gərgin danışıqlardan sonra kompromis əldə edilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr