AZ

DÇ-2026-nın final matçının fasiləsində şou olacaq

style='margin-bottom:10px;'>

DÇ-2026-nın final oyununda möhtəşəm şou proqramı təşkil olunacaq.

QOL.az xəbər verir ki, bu barədə "Coldplay" qrupu sosial şəbəkədə paylaşım edib.

Bildirilib ki, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "MetLife Stadium"da keçiriləcək final matçının fasiləsində dünya ulduzları Madonna, Şakira və BTS qrupu səhnəyə çıxacaq. 

Qeyd olunub ki, tarixdə ilk dəfə dünya çempionatının finalında Super Bovl üslubunda fasilə şousu təşkil ediləcək.

Şounun təşkilatçılarından biri Kris Martin olacaq. Tədbir “Global Citizen” təşkilatının dəstəyi ilə baş tutacaq.

Məlumata görə, layihənin əsas məqsədi FİFA və “Global Citizen”in birgə təhsil fonduna vəsait toplamaqdır. Fond dünyada uşaqların keyfiyyətli təhsil və futbola çıxış imkanlarının artırılmasına yönəlib.

Seçilən
43
2
teleqraf.com

3Mənbələr