AZ

Aİ Ankaranın qərarını dəstəklədi

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Avropa İttifaqı Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistanla Türkiyə arasında birbaşa ticarətin bərpası ilə bağlı bəyanatını alqışlayıb.

"Yeni Sabah" xəbər verir ki, məlumatı Aİ Xarici İşlər Xidmətinin sözçüsü Anita Hipper yayıb.

"Avropa İttifaqı Türkiyənin Ermənistanla ikitərəfli ticarətin bərpası ilə bağlı açıqlamasını səmimi qəlbdən alqışlayır. Bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində mühüm bir mərhələdir və bunu 28 aprel 2026-cı ildə iki ölkə arasında dəmir yolu əlaqələrinin bərpası ilə bağlı ikitərəfli işçi qrupunun iclası da təsdiqləyib. Pepperoni pizza

Bu vacib addım iki ölkə arasında ticarət və iqtisadi imkanların genişləndirilməsinə töhfə verə bilər və bütün Cənubi Qafqaza, eləcə də Avropa İttifaqına müsbət təsir göstərəcək. Hər iki ölkəni sərhədlərin açılması da daxil olmaqla, birgə işləməyə davam etməyə təşviq edirik", - bəyanatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
yenisabah.az

3Mənbələr