AZ

Etibar Əliyev: Qərbi Azərbaycan İcmasının nəzdindəki Ziyalılar Şurasını şəxsi mənafelərin qurbanına çeviriblər

Qərbi Azərbaycan İcmasının (QAİ) nəzdində Ziyalılar Şurası” fəaliyyət göstərir. Məni də həmin Şuraya üzv yazıblar.  Şuranı şəxsi mənafelərin qurbanına çeviriblər. Artıq 5-ci iclasdır ki, şəxsən məni tədbirlərə dəvət etmirlər. Başa düşmürəm, bəlkə başda QAİ rəhbəri Əziz Ələkbərli və Şuranın sədri, “Dialektik materializm” müəllimi  Elxan Hüseynovun "mütərəqqi" ideyaları əsasında ziyalılığın kriteriyalarını dəyişiblər?

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, o, fəlsəfə üzrə fəlsəfə doktorudur, 8 kitab müəllifidir, 500-dən çox elmi-publisistik məqaləsi çap olunub: “Azərbaycanda elmin populyarlaşdırılması ideyasının müəllifiyəm. Sosial şəbəkələrdə ciddi maarifçiliklə və QAİ-nin ideoloji təbliğatı ilə məşğulam. İcmanın  üzvü kimi xaricdə yaşayan və Azərbaycanın əleyhinə şərəfsizcəsinə təbliğat aparan termitlərə layiqli cavablar verən yeganə şəxsəm. Ziyalılar Şurası maarifçiliklə məşğul olmalıdır. Təssüflər olsun ki, bu işi yetərincə bacarmırlar… Sual verirəm, şəxsən mənə Qərbi Azərbaycan televiziyasına çıxmağa nə üçün qadağa qoyubsunuz? Bütün bunların fonunda məni ziyalı hesab etmirsiniz? Qərbi Azərbaycan İcması Prezident cənab İlham Əliyevin ideyasıdır və bu qurumda konfliktlər birmənalı olaraq yolverilməzdir. Mən “Facebook” hesabımdan Əziz Ələkbərlidən tələb edirəm: Adımı Ziyalılar Şurasından çıxarın! İcmanın sıravi üzvü olmaq mənim üçün qürurvericidir. Və Qayıdış baş tutduqda öndə gedənlərdən biri mən olacam…”

Tarix: 14 May 2026, 10:35   
Seçilən
37
6
pravda.az

7Mənbələr