AZ

İran İsraillə əməkdaşlıq edən ərəb ölkələrini hədələyib

Tehran İsraillə “gizli sövdələşmə”də ittiham etdiyi dövlətlərin məsuliyyətə cəlb olunacağını bəyan edib, BƏƏ isə Netanyahu ilə bağlı yayılan məlumatları təkzib edib...

Poliqon xəbər verir ki, Abbas Əraqçi İsraillə İran əleyhinə əməkdaşlıq edən ölkələrin cavabdehlik daşıyacağını bildirib və bu dövlətlərin “məsuliyyətə cəlb ediləcəyini” bəyan edib.

İran xarici siyasət rəhbəri bu açıqlamanı İsrail Baş nazirinin ofisinin yaydığı məlumatlara münasibət bildirərkən səsləndirib. Həmin məlumatlarda Benyamin Netanyahunun guya gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə səfər etdiyi iddia olunurdu.

Tehran rəsmisi bildirib ki, İran İslam Respublikası regionda İsraillə koordinasiya şəraitində hərəkət edən bütün tərəfləri diqqətlə izləyir və milli təhlükəsizliyinə qarşı yönələn addımlara cavabsız qalmayacaq.

Bununla yanaşı, BƏƏ hakimiyyəti Netanyahu ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təkzib edib. Əmirliklərin aidiyyəti qurumları İsrail baş nazirinin ölkəyə gizli səfəri barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Tehran və Təl-Əviv arasında qarşılıqlı ittihamların daha da sərtləşdiyi müşahidə olunur. Analitiklərin fikrincə, İranın son bəyanatı region ölkələrinə yönəlmiş siyasi mesaj kimi qiymətləndirilir və xüsusilə İsraillə münasibətləri normallaşdıran ərəb dövlətlərinə təzyiq elementi daşıyır.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr