AZ

Tramp və Si Cinpin görüşü: Nələr müzakirə olundu - DETALLARI

Çin Prezidenti Si Cinpinlə ABŞ Prezidenti Tramp  arasında görüş yekunlaşıb.

Ölkə.az xəbər verir ki, iki saatdan artıq davam edən görüşdə ikitərəfli münasibətlər, fikirayrılıqları, problemlərlə yanaşı, regional və qlobal aləmdə baş verən geosiyasi məsələlər, xüsusən də Yaxın Şərq, Tayvan və Rusiya-Ukrayna məsələsi müzakirə edilib.

İki saatlıq görüş zamanı Si Cinpin Trampa Tayvanın müstəqilliyi və Tayvan boğazındakı sülhün bir-birinə zidd olduğunu bildirib və Çin və ABŞ məsələni yaxşı həll etməsələr, münaqişənin yarana biləcəyi barədə xəbərdarlıq edib. "Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Yanlış həll olunarsa, iki ölkə bir-biri ilə qarşı-qarşıya gələ, hətta toqquşmaya da bilər. Bu, bütün Çin-ABŞ münasibətlərini son dərəcə təhlükəli vəziyyətə sala bilər", - Si Cinpin qeyd edib.

O əlavə edib ki, "Çin və ABŞ əməkdaşlıqdan faydalanır, münaqişədən isə uduzur. Biz rəqib yox, tərəfdaş olmalıyıq. Bir-birimizin uğur qazanmasına, birlikdə rifah içində yaşamasına və böyük millətlərin bu yeni dövrdə harmoniya içində yaşaması üçün düzgün yolu tapmasına kömək etməliyik. Mən həmişə inanmışam ki, iki ölkəmizin ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur. Birinin uğuru digərinin fürsətidir və sabit ikitərəfli münasibətlər dünyaya fayda gətirir", -Çin lideri vurğulayıb.

Si Cinpin Çin və ABŞ-ın fikir ayrılıqlarından daha çox ortaq maraqlara malik olduğunu və bir ölkənin uğurunun digəri üçün bir fürsət olacağını vurğulayıb. O, iki ölkənin rəqib deyil, tərəfdaş olmalı və bir-birinin uğuruna və rifahına töhfə verməklə böyük dövlətlərin yola davam etməsi üçün düzgün yol tapmalı olduqlarını bildirdi.

Si Cinpin iki böyük dövlət arasındakı yaxşı münasibətlərin dünyaya fayda verdiyini qeyd edərək bildirib: "Biz 2026-cı ili tarixi bir dönüş nöqtəsi etməyə, Çin-ABŞ münasibətlərinin nəhəng gəmisinə düzgün bir istiqamət verməklə münasibətlərdə yeni bir fəsil açmağa hazırıq".
Çin və ABŞ arasındakı iqtisadi və ticarət əlaqələrinin qarşılıqlı faydaya əsaslandığını və hər iki tərəf üçün faydalı bir münasibət olduğunu vurğulayan Si Cinpin bildirib ki, "Ticarət müharibələrində qalib yoxdur. Əgər fikir ayrılıqları və çəkişmələr varsa, bərabər əsasda məsləhətləşmələr həll yolu üçün yeganə seçimdir".

ABŞ Prezidenti Tramp ilk açıqlamasında Çinə hörmətini ifadə edərək deyib: "Si Cinpin, siz böyük lidersiniz. Bəzən insanlar mənim bunu deməyimi bəyənmirlər, amma mən hər halda bunu deyirəm, çünki bu, doğrudur. Mən sadəcə həqiqəti deyirəm. Sizinlə birlikdə olmaqdan şərəf duyuram. Sizin dostunuz olmaqdan şərəf duyuram və Çin ilə ABŞ arasındakı münasibətlər indiyə qədər olduğundan daha yaxşı olacaq".

Tramp əlavə edib ki, biz həmişə çətinliklərin öhdəsindən necə gələcəyimizi bilmişik: “Birlikdə böyük bir gələcəyimiz olacaq".

Mürtəza

Seçilən
14
olke.az

1Mənbələr