ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə edilib.
“APA-Economics” xəbər verir ki, ABŞ-da S&P 500 0,58% artaraq 7 444,25 bəndə, Nasdaq Composite isə 1,20% yüksələrək 26 402,34 bəndə çatıb. Dow Jones indeksi 0,14% azalaraq 49 693,20 bənd, NYSE Composite 0,18% azalaraq 22 973,55 bənd, Kanadanın S&P/TSX Composite Index isə 0,73% geriləyərək 34 041,43 bənd təşkil edib.
Avropada Euro Stoxx 50 0,91% artaraq 5 861,07 bəndə, Böyük Britaniyanın FTSE 100 0,58% yüksələrək 10 325,35 bəndə, Almaniyanın DAX 0,76% artaraq 24 136,81 bəndə, Fransanın CAC 40 0,35% yüksələrək 8 007,97 bəndə, İspaniyanın IBEX 35 isə 0,46% artaraq 17 654,90 bəndə çatıb.
Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 0,48% azalaraq 62 966,33 bəndə, TOPIX 0,71% geriləyərək 3 891,48 bəndə düşüb. Honq Konqun Hang Seng Index 0,48% artaraq 26 515,21 bəndə yüksəlib. Çinin CSI 300 1,03% azalaraq 4 946,61 bəndə enib. Avstraliyanın S&P/ASX 200 0,12% geriləyərək 8 619,70 bənd təşkil edib. MSCI AC Asia Pacific Index isə 0,73% azalaraq 270,29 bəndə düşüb.
Analitiklərə görə, bazarlar ABŞ-də inflyasiyanın gözləntilərdən aşağı olması fonunda FED-in faiz dərəcələrini azaltmaq ehtimalını qiymətləndirir. Texnologiya şirkətlərinin səhmlərinə artan tələbat isə xüsusilə Nasdaq indeksinin yüksəlməsinə dəstək verib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.