AZ

Uzun ömür yaşamaq istəyirsinizsə, az yeyin! Alimlər

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Alimlər yaşlanma ilə bağlı yaranan xəstəliklərdən qorunmağın olduqca sadə və effektiv yolunu aşkar ediblər.Demokrat.az xəbər verir ki, Tafts Universitetinin tədqiqatçıları qidalanma rejimində edilən kiçik dəyişikliklərin sağlamlığa təsirlərini öyrəniblər. "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunan nəticələrə görə, gündəlik kalori miqdarını cəmi 10-15 faiz azaltmaq orqanizmi cavan saxlamaq üçün kifayətdir.İki il davam edən araşdırma çərçivəsində könüllülərin qida rasionu cüzi miqdarda məhdudlaşdırılıb. Məlum olub ki, hətta bu kiçik addım belə arterial təzyiqin düşməsinə, "pis" xolesterinin və insulin səviyyəsinin azalmasına səbəb olur. Bundan əlavə, hüceyrələri zədələyən və qocalmanı sürətləndirən molekulların səviyyəsi də əhəmiyyətli dərəcədə aşağı düşüb.Mütəxəssislər bildirirlər ki, söhbət ağır pəhrizlərdən və ya aclıqdan getmir. Gün ərzində desertdən və ya şəkərli kofe içkilərindən imtina etmək belə yaşla bağlı xəstəliklərin riskini minimuma endirə bilər. Lakin yaşlı şəxslər və xroniki xəstəliyi olanlar bu növ dəyişikliklərdən əvvəl həkimlə məsləhətləşməlidir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
demokrat.az

1Mənbələr