AZ

Ekspedisiyadan həyəcan təbili: Xəzərin dibi üzə çıxır

Xəzər sahillərində su geri çəkilməyə davam edir.

Publika.az xəbər verir ki, bunu aprel ayında başa çatan Rusiyanın "Yeni Delta 2026" kompleks dəniz elmi-coğrafi ekspedisiyası təsdiqləyib.

Ekspedisiyada Xəzər donanmasının Hidroqrafiya Xidmətinin gəmilərində Rusiya Elmlər Akademiyasının P.P. Şirşov adına Okeanologiya İnstitutunun və Həştərxan Biosfer Qoruğunun alimləri iştirak ediblər. Tədqiqatlar Volqa-Xəzər dəniz gəmiçilik kanalının akvatoriyasında və Xəzərin şimal hissəsində aparılıb.

Araşdırmalar dənizin sahil xəttində baş verən dəyişikliklərlə bağlı operativ məlumatların əldə edilməsinə imkan verib. Alimlərin gəldiyi qənaətə görə, Xəzər dənizində mövcud olan və yeni formalaşan adalar böyüməyə davam edir. Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb.

Tbilisi dayazlığının yerində yaranmış ada isə ötən illə müqayisədə üç dəfə genişlənib.

Seçilən
61
6
publika.az

10Mənbələr