Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Gündəlik həyatda paltarlarda yaranan çay, qəhvə, yağ və digər ləkələri bahalı vasitələr olmadan da təmizləmək mümkündür.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ən sadə üsullardan biri soda və sirkədən istifadə etməkdir. Bunun üçün ləkənin üzərinə bir qədər çörək sodası səpilir, ardından az miqdarda sirkə əlavə olunur. Qarışıq bir neçə dəqiqə saxlanıldıqdan sonra paltar ilıq su ilə yuyulur.
Ağ paltarlardakı ləkələr üçün limon suyu və günəş işığı da təsirli hesab olunur. Yağ ləkələrinin üzərinə isə qab yuyan maye çəkilməsi tövsiyə edilir.
Ekspertlər bildirirlər ki, ləkə təzə olduğu zaman təmizlənərsə, nəticə daha effektiv olur.
Fidan
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.