ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fars körfəzində mövcud silahlı münaqişəyə can atmır və İranla diplomatik həll yolu axtarmağa davam edir.
Axar.az xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş deyib.
“Biz bu müharibəni istəməmişik və onun qarşısını almaq üçün səmimi qəlbdən çalışmışıq. Fars körfəzinin ərəb ölkələri ilə İran arasındakı münasibətlər xalqlarının dərin tarixi köklərlə bağlı olduğu bir bölgədə qarşıdurma və münaqişə üzərində qurula bilməz", - deyə o bildirib.
O, həmçinin vətəni müdafiə etməyin BƏƏ-nin müqəddəs vəzifəsi olduğunu və hakimiyyət orqanlarının dövlətin suverenliyini dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, İran parlamenti sədrinin sözçüsü Əlirza Səlimi bildirib ki, BƏƏ yəhudi dövlətinə göstərdiyi dəstəyə görə “ikinci İsrail” hesab edilə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.