AZ

İlon Mask ABŞ hökumətini nəzarətsiz xərclərə görə sərt tənqid edib

Mask federal büdcədə şəffaflığın olmadığını və milyardlarla dolların izsiz yoxa çıxdığını iddia edib...

Poliqon xəbər verir ki, amerikalı milyarder və sahibkar Elon Musk ABŞ federal hökumətini maliyyə idarəçiliyində ciddi problemlərə görə tənqid edib.

ABŞ Prezidenti Donald Trumpın yaxın müttəfiqlərindən hesab olunan İlon Mask bildirib ki, federal hökumət hər il təxminən 2 trilyon dollar itirir və artıq “xərclərlə gəlirləri tarazlaşdıra bilmir”.

Maskın sözlərinə görə, hökumət xərcləri üzərində kifayət qədər audit və nəzarət mexanizmləri mövcud deyil. O, nümunə kimi ABŞ Senatında müzakirə olunmuş bir hadisəni xatırladıb.

Sahibkar bildirib ki, senator Susan Collins ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni sualtı qayıqların tikintisinə 12 milyard dollar ayrılmasına nail olmuşdu. Lakin sonradan məlum olub ki, vəsait ayrılmasına baxmayaraq heç bir sualtı qayıq inşa edilməyib.

Maskın sözlərinə görə, Senatda keçirilən dinləmələr zamanı senator ayrılan 12 milyard dolların hara xərcləndiyini soruşduqda, cavab olaraq “bunu bilmirik” deyilib.

İlon Mask bu vəziyyəti “tam absurdlq” adlandıraraq bildirib ki, federal hökumətdə bu cür israfçılıq uzun müddətdir cəzasız qalır.

Analitiklərin fikrincə, Maskın açıqlamaları Vaşinqtonda dövlət xərcləri, müdafiə büdcəsi və federal maliyyə nəzarəti ilə bağlı müzakirələri daha da gücləndirə bilər.

Poliqon.info

Seçilən
91
poliqon.info

1Mənbələr