AZ

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

"Mançester Yunayted" müvəqqəti olaraq baş məşqi postuna təyin etdiyi Maykl Kerriklə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli mütəxəssislə yola davam etməyi planlaşdırır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub rəhbərliyi Kerriklə yeni müqavilə üçün danışıqlara başlamağa hazırlaşır. "Qırmızı şeytanlar" 44 yaşlı çalışdırıcı ilə uzunmüddətli sözləşmə imzalayacaq.

Qeyd edək ki, Maykl Kerrik bu ilin yanvarında "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda Premyer Liqada 36 turdan sonra 65 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizim.Media

Seçilən
1
1
bizim.media

2Mənbələr