AZ

Valdas Dambrauskas: "Futbolçularım həqiqətən qəhrəmandırlar"

Bu gün Bizon Azərbaycan Kubokunun qalibi bəlli olub. 

Fanat.Az xəbər verir ki, final oyununda "Sabah" "Zirə" ilə üz-üzə gəlib. Bakı komandaları arasında final görüşü "Sabah"ın əzmkar qələbəsi ilə yekunlaşıb (2;1).

Matçdan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

"Əvvəlcə oyunçularımı bütün mövsüm ərzində göstərdikləri performansa görə təbrik edirəm; onlar həqiqətən qəhrəmandırlar. Demək olar ki, bu mövsüm mükəmmələ yaxın idik, 33 oyun məğlub olmadıq, liqada dominant oyun göstərərək erkən çempionluq qazandıq. Bütün bunlar oyunçularımın əməyidir, onlar bu gün bütün qalibiyyətlərə layiq idilər. Öz məşqçi heyətimə, həkimlərə, meydançalara qulluq edənlərə, fizioterapevtlərə və bizə kömək edən hər kəsə təşəkkür edirəm. Xüsusilə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm; idman direktorumuz Ramin Həsənov hər zaman yanımızda oldu və bizi dəstəklədi. 'Sabah'da möhtəşəm bir atmosfer var. 'Zirə'ni də təbrik etmək istəyirəm, çox yaxşı komandadırlar, oyunun erkən dəqiqələrində hesabı açdıqdan sonra geriyə çəkildilər. Jurnalistlərə də diqqətlərinə görə təşəkkürümü bildirirəm."

• Özünüz seçsəniz, hansı qolu daha ön plana çəkərsiniz: Mbina, yoxsa Mikels?

 "Çox yaxşı sualdır. Yaxşı oynamaq mənim oyunçularımın vəzifəsidir, azarkeşlərimiz üçün hücumameylli bir oyun nümayiş etdiririk. Mənim üçün hər iki qol da önəmlidir, hər ikisi fantastik idi. Qalibiyyətin arxasında komanda işi dayanır. Mənim futbolçularım həqiqətən də möhtəşəmdir."

• Karyeranızda 5 müxtəlif ölkədə çalışmısınız. Sıralama etsəniz, 'Sabah'ı neçənci yerə qoyarsınız?

Baş məşqçi: "Müqayisə etmək istəməzdim, çünki hər biri mənim üçün əziz olub. Çempion olmaq və titullar qazanmağı hamı istəyir. Bir mövsümdə iki titul qazanmaq daha da möhtəşəmdir. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm."

Seçilən
4
2
fanat.az

2Mənbələr