AZ

Noyer daha bir mövsüm Bavariya da QALACAQ

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bavariya”nın qapıçısı Manuel Noyer bir mövsüm daha Münhen klubunda qalacaq.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

40 yaşlı qolkiper Almaniya nəhəngi ilə yeni müqavilə imzalamağa yaxındır.

Tərəflər arasında daha bir mövsümlük anlaşma əldə olunub. Yeni sözləşmənin 2027-ci ilin iyun ayına qədər qüvvədə olacağı bildirilir. Klub və futbolçunun nümayəndələri artıq müqavilənin imzalanması mərhələsinə keçməyə hazırdır.

Noyerin karyerasını davam etdirməsi onun Almaniya millisinin heyətində dünya çempionatına yollanmaq şanslarını da gündəmdə saxlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
5
redaktor.az

6Mənbələr